Prokuror Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinə cəza istəyib

Prokuror Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinə cəza istəyib Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
30 Yanvar , 2019 13:26
Prokuror Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən prodakşn rəhbərinə cəza istəyib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında T.Vəlizadənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, “Velizadə prodakşın”ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.

Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verditdirəcəyi vədini verib.

T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

Xatırladaq ki, T.Vəlizadə “Velizadə prodakşn”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi. 

Son xəbərlər

Orphus sistemi