DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edib Avtomobillərin Bakıya girişi məhdudlaşdırılıb
Hadisə
15 Sentyabr , 2016 13:19
DYP sürücülərə müraciət edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən “Report”a bildirilib ki, yeni dərs ilinin başlanması ilə əlaqədar paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının ötən ilki qərarına əsasən respublikanın digər regionlarında qeydiyyatında olan avtomobillərin Bakı şəhərinə girişi ilə bağlı məhduduyyət davam edir və məhdudiyyətin tətbiq olunmasına nəzarət sentyabr ayının 15-dən daha da gücləndirilib: “Bunu nəzərə alaraq, DİN Baş DYP İdarəsi paytaxta gəlmək istəyən digər şəhər və rayon sakinlərinə bir daha tövsiyə edir ki, paytaxta gəlmək üçün müasir və komfortlu avtobuslardan, Sumqayıt sakinləri isə ötən ilin sentyabr ayının 15-dən Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyətə başlamış sürətli elektrik qatarlarından istifadə etməyə davam etsinlər. Xatırladırıq ki, Bakı şəhərinə girişi məhdudlaşdırılan nəqliyyat vasitələri üçün şəhərin giriş hissələrində 2015-ci ilin sentyabr ayından hazırlanaraq istifadəyə verilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş mühafizə olunan ödənişsiz duracaqlar təşkil edilib ki, sakinlər həmin duracaqlarda öz avtomobillərini saxlamaqla xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə, habelə taksi xidmətlərindən istifadə edə bilərlər.

Tətbiq edilən məhdudiyyət müddəti hər il mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:30-dan axşam saat 20:00-dəkdir.

Xahiş edirik yollarda nəqliyyat sıxlığının yaranmaması, eləcə də rahat və fasiləsiz hərəkətin təmin olunması üçün tətbiq olunan məhdudiyyətə ciddi riayət edəsiniz”.

Son xəbərlər

Orphus sistemi