DYP reyd keçirib, 40-a yaxın sürücü cərimələnib - FOTO

DYP reyd keçirib, 40-a yaxın sürücü cərimələnib - FOTO Müvafiq sənədləri olmayan sürücülərin avtomobilləri cərimə meydançalarına aparılıb
Hadisə
6 Yanvar , 2017 11:52
DYP reyd keçirib, 40-a yaxın sürücü cərimələnib - FOTO

Biləsuvar. 6 yanvar. REPORT.AZ / Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları ilə birlikdə rayon ərazisində reyd keçirib. 

“Report”un Aran bürosu xəbər verir ki, magistral yollarda təhlükəsizliyin təmin olunması məqsədi ilə keçirilən reyddə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanaraq barələrində inzibati qaydada protokol tərtib olunub.

Reyd zamanı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmayan, texnki baxışdan keçməyən və icbari sığortası olamayn 40-a yaxın avtomobil sahibləri barəsində inzibati protokollar tətbiq olunub. 

Müvafiq sənədləri olmayan sürücülərin avtomobilləri cərimə meydançalarına aparılıb.

Daha sonra reyd Ələt- Astara magistral yolunda davam etdirilib.

Son xəbərlər

Orphus sistemi