DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb

DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb.
Hadisə
2741
17 Yanvar , 2022 12:43
DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb.

BDYPİ-dən "Report"a daxil olan açıqlamada deyilir:

"Ötən gün saat 19:00-dan başlayaraq DİN Baş Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib. Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb".

Son xəbərlər

Orphus sistemi