Yuxarı
    Bağlamaq

    DYP Gəncədə reyd keçirib

    İstifadəyə yararsız olan avtomobillərin yol hərəkətlərindən kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib

    Gəncə. 25 yanvar. REPORT.AZ/  Gəncə Şəhər Baş Polis İdarəsinin (GŞBPİ) Dövlət Yol Polisi İdarəsi (DYPİ) əməkdaşları şəhər ərazisində reyd keçirib.

    "Report"un Qərb bürosunun məlumatına görə, reyd köhnə və istismara yararsız vəziyyətdə olan avtomobillərə qarşı təşkil edilib.

    Reyd zamanı istismara yararsız, xarici görünüşü səliqəsiz, texniki cəhətdən problemli, detal hissələri korroziyaya uğramış 10-a yaxın avtomobil saxlanılaraq cərimə meydançasına aparılıb. 

    Sürücülər bu cür avtomobillərin nasazlığı səbəbindən hərəkət zamanı təhlükə yarana bilcəyi və eyni zamanda qəzalara səbəb ola biləcəkləri barədə məlumatlandırılıb. Cərimə meydançasına aparılan avtomobillərə protokol tərtib edilib və sürcüləri cərimələnib.

    Həmçinin vaxtı keçmiş, istifadəyə yararsız olan hər bir avtomobilin yol hərəkətlərindən kənarlaşdırılacağı barədə də xəbərdarlıq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi