Yuxarı

DYP əməkdaşları yolda yanan avtomobili söndürüblər - VİDEO

DYP əməkdaşları yolda yanan avtomobili söndürüblər

Daşkəsən rayonunda DYP əməkdaşları yanan avtomobili söndürüblər.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.  

Bildirilib ki, oktyabrın 16-da rayon ərazisində E.Zeynalovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobilin mühərrik hissəsində yanğın baş verib. Sürücü dərhal hərəkəti dayandırıb.

Hadisə yerində xidmət aparan Daşkəsən Rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar. Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilərək hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları dəvət olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi