Dövlət Yol Polis əməkdaşları gücləndirilmiş iş şəraitində işləyirlər.
Bu barədə "Report"a Respublika Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, respublika yollarında DYP əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri davam etdirilir:
"Avtomobil yollarında bütün əməkdaşlar gücləndirilmiş formada fəaliyyət göstərirlər. Yolda qalan avtomobillərə kömək göstərilir, təhlükəli yollarda nəqliyyat vasitələri patrul avtomobilləri tərəfindən müşayiət olunur".