Yuxarı
    Bağlamaq

    DYP əməkdaşları bu il Bakıda 144 min inzibati protokol tərtib edib

    Bu müddət ərzində 1 564 sərxoş sürücü aşkarlanıb

    Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda bu ilin əvvəlindən indiyədək qayda pozan sürücülərə qarşı DYP əməkdaşları tərəfindən 144 minədək inzibati protokol tərtib edilib. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov bildirib.

    Bölmə rəisi vurğulayıb ki, cari ilin əvvəlindən bu günə qədər qayda pozan sürücülər barəsində DYP əməkdaşları tərəfindən 84 488 inzibati protokol tərtib edilib: "Bundan başqa, Mərkəzi Məlumat Xidmətinin (MMX) texniki vasitələrinin köməyi ilə aşkar olunan 59 474 qayda pozuntusuna görə sürücülərə İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında elektron protokol tərtib olunub. Bu müddət ərzində 1 564 sərxoş sürücü aşkarlanıb, işıqforun tələblərini pozmaqla 1 188 qayda pozuntusu qeydə alınıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi