DYP əməkdaşı Rusiyada keçirilən müsabiqədə qalib olub

DYP əməkdaşı Rusiyada keçirilən müsabiqədə qalib olub Polis baş serjantı Emil İbrahimov bütün yarışlar üzrə ən yüksək nəticə göstərib
Hadisə
6 İyul , 2016 14:02
DYP əməkdaşı Rusiyada keçirilən müsabiqədə qalib olub

Bakı. 6 iyul. REPORT.AZ/ Moskva vilayətinin Domodedovo şəhərində “Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Yol Hərəkəti Təhlükəsizliyi Dövlət İnspeksiyasının ən yaxşı yol-patrul xidməti əməkdaşı” adı uğrunda lX Ümumrusiya müsabiqəsi keçirilib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 26-dan iyulun 1-dək Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibəti ilə təşkil olunan tədbirə MDB-yə üzv ölkələrin aidiyyəti xidmət əməkdaşları qatılıblar. Azərbaycanı isə DİN-in Dövlət Yol Polisi xidmətinin nümayəndəsi təmsil edib.

Yarışlar əsasən, xüsusi hazırlıq üzrə - yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi, nizamlanması; texniki-kriminalistika üzrə - xüsusi və operativ-mexaniki vasitələr; tibbi hazırlıq üzrə - nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı yaralılara ilkin tibbi yardım; atəş hazırlığı üzrə - silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi, atəş hazırlığı normativlərin icrası, praktiki atıcılıq; fiziki hazırlıq üzrə - güləş döyüş fəndləri, turnikdə dartınma, 1 kilometr kross qaçma və digər sahələr üzrə aparılıb.

Nəticədə əməkdaşların topladığı ballara uyğun olaraq qaliblər müəyyən edilib.

Azərbaycanı müsabiqədə təmsil edən Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci taqımının inspektoru, polis baş serjantı Emil İbrahimov bütün yarışlar üzrə ən yüksək nəticə göstərərək turnirin qalibi olub.

Turnirin sonunda qaliblərin mükafatlandırılması mərasimi olub. Uzun müddət Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmiş, istefada olan polis general-leytenantı Vladimir Fyodorov mükafatları sahiblərinə təqdim edib.

Son xəbərlər

Orphus sistemi