ETSN və DYP Binəqədidə maarifləndirici aksiyalar keçirir - VİDEO - YENİLƏNİB

ETSN və DYP Binəqədidə maarifləndirici aksiyalar keçirir - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
143
20 Avqust , 2019 13:26
ETSN və DYP Binəqədidə maarifləndirici aksiyalar keçirir - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 12:59

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirir.

DİN-dən "Report"a verilən məlumata görə, avqustun 1-dən 31-dək davam edən tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır.

"Təmiz hava" aylığı ilə bağlı keçirilən tədbirlər Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində davam etdirilib. Tədbir zamanı avtomobillər saxlanılaraq zərərli qazların miqdarı yoxlanılıb. Normadan artıq zərərli qaz ixrac edən avtomobillər sürücülərinə inzibati qaydada protokol tərtib olunub və avtomobilin saz vəziyyətdə saxlanılmasına dair sürücünün hüquq və vəzifələri izah olunub. Zərərli qazların miqdarı normadan bir qədər artıq olan sürücülərə isə xəbərdarlıq edilib.

Yol polisi əməkdaşları sürücülərə tövsiyə ediblər ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.

Rayon ərazisində həmçinin yükdaşıma qaydalarını pozan maşınların sürücüləri ilə də profilaktik işlər mütəmadi olaraq aparılır. Bu sürücülərə yol polisləri tərəfindən xəbərdarlıq olunub, qayda pozuntusuna yol vermiş şəxslər barəsində qanuni tədbirlər görülüb. 

Son xəbərlər

Orphus sistemi