DYP avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınlarını axtarır - FOTO

DYP avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınlarını axtarır - FOTO Məlumat verənlərin anonimliyi qorunacaq
Hadisə
14 Aprel , 2017 17:00
DYP avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınlarını axtarır - FOTO

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 13-də, gecə saat 00:10 radələrində Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. “Report”un xəbərinə görə, hadisə DYP-nin Saray postunun yaxınlığında qeydə alınıb.

Avtomobil təxminən 30-40 yaşlarında olan kişini vurub. Fotoda gördüyünüz şəxs hadisə yerindəcə keçinib.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, mərhumun qabaq yuxarı dişləri qızıldır. Əynində qara gödəkçə olub. Üzərində heç bir sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək mümkün olmayıb. Həmin şəxsi tanıyanlardan və hadisə barədə məlumatı olanlardan xahiş olunur ki, Baş Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinə, yaxud da Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat versinlər. Məlumat verənlərin anonimliyi qorunacaq.

Son xəbərlər

Orphus sistemi