DYP Ağsuda reyd keçirib, 15 sürücü cərimələnib - VIDEO

DYP Ağsuda reyd keçirib, 15 sürücü cərimələnib - VIDEO Tibbi maskadan istifadə etməyən vətəndaşların və sürücülərin bəzilərinə xəbərdarlıq edilib
Hadisə
13 Aprel , 2021 15:11
DYP Ağsuda reyd keçirib, 15 sürücü cərimələnib - VIDEO

Dövlət Yol Polisi Ağsu rayonunda reyd keçirib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonda fəaliyyət göstərən taksi, eləcə də iritutumlu avtobus sürücüləriylə profilaktik söhbətlər aparılıb.

Tibbi maskadan istifadə etməyən vətəndaşların və sürücülərin bəzilərinə xəbərdarlıq edilib.

Reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 15-ə yaxını qayda pozuntuları müşahidə edildiyindən İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq cərimələnib.

Reydin keçirilməsində əsas məqsəd COVID-19 infeksiyasına qarşı mübarizənin gücləndirilməsidir. Ağsu Rayon Yol Polisi əməkdaşları tərəfindən bu kimi tədbirlər mütəmadi olaraq keçirilir və ilin sonuna kimi davam edəcəyi bildirilir.

Son xəbərlər

Orphus sistemi