Dünyanın 60-dan çox ölkəsinin vəkil mantiyaları Azərbaycana gətirilib

Dünyanın 60-dan çox ölkəsinin vəkil mantiyaları Azərbaycana gətirilib Dünyanın 60-dan çox ölkəsindən Azərbaycana vəkil mantiyaları gətirilib.
Hadisə
15 Dekabr , 2021 14:36
Dünyanın 60-dan çox ölkəsinin vəkil mantiyaları Azərbaycana gətirilib

Dünyanın 60-dan çox ölkəsinin vəkil mantiyaları Azərbaycana gətirilib.

“Report” xəbər verir ki, həmin vəkil geyimləri Bakıda “dünya vəkil cübbələri” adlı sərgidə nümayiş etdiriləcək.

Sərgi dekabrın 17-dən 29-dək Milli Azərbaycan Tarixi Muzeyində keçiirləcək. Vəkillər kollegiyasından bildirilib ki, vəkil mantiyası sərgisi dünyada ilk dəfədir keçiriləcək.

Həmçinin sərgidə məhkəmə hüquq sisteminə aid beynəlxalq eksponatların nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncama əsasən, Azərbaycanda “Vəkil günü” peşə bayramı təsis edilib. Hər il dekabrın 28-i ölkədə “Vəkil günü” kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi