Bakı. 20 dekabr. REPORT.AZ/ Rusiyanın Xabarovsk Diyar Məhkəməsi azərbaycanlı Anar Allahverənovu pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu öldürməkdə təqsirkar bilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, A.Allahverənov cəzasının ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.
"Müttəhim günahını qismən boynuna alıb", - məhkəmə iclaasında hakim Svetlana Nazarova bildirib.
Qeyd edək ki, 2017-ci il avqustun 20-də Xabarovskda A.Draçyov və A.Allahverənov arasında dava düşüb. İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyyələrinə əlləri və ayaqları ilə azı 21 zərbə vurub. İdmançı aldığı travmalardan xəstəxanada keçinib. İstintaq komitəsi işlə bağlı cinayət işi açıb. A.Allahverənov hadisədən bir ay sonra istintaqa təslim olub.