Dünən 22 COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Dünən 22 COVID-19 xəstəsinə cinayət işi başlanılıb COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət gücləndirilib.
Hadisə
927
18 Dekabr , 2020 11:37
Dünən 22 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
0 : 00
0 : 00

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət gücləndirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

İnfeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 17-də respublikamızın ərazisində 33 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 29 nəfər evə qaytarılıb, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, 22 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi