Duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb - FOTO

Duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb - FOTO Baş Dövlət Yol Polisi İdarəsi duman səbəbindən sürücülərə xəbərdarlıq edib
Hadisə
18 Noyabr , 2017 16:04
Duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb - FOTO
Report

Şamaxı. 18 noyabr. REPORT.AZ/ Qatı duman Bakı-Şamaxı yolunda sürücülərə çətin anlar yaşadıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, səhər saatlarından etibarən yolda müşahidə olunan sıx duman hazırda da davam edir. 

Duman səbəbindən yolda avtomobilərin hərəkəti çətinləşib. Sürücülər ara məsafəsi saxlamaqla aşağı sürətlə hərəkət ediblər.

Duman, əsasən, Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində müşahidə olunur. Sözügedən ərazidə görmə məsafəsi bir metrə enib. 

Baş Dövlət Yol Polisi İdarəsi duman səbəbindən sürücülərə xəbərdarlıq edib. 

Son xəbərlər

Orphus sistemi