Dubaydan telefon gətirmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Dubaydan telefon gətirmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib Anar Qədimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunub
Hadisə
11 May , 2017 11:49
Dubaydan telefon gətirmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Qədimov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, A.Qədimov Dubaydan telefon gətirmək adı ilə tanışlarına qarşı 16 min manat məbləğində dələduzluq edib.

İstintaq dövründə onun barəsində başqa yerə getməmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi