Dubayda qadınları istismara məruz qoymaqda təqsirləndirilən şəxsin məhkəməsi qapalı keçiriləcək

Dubayda qadınları istismara məruz qoymaqda təqsirləndirilən şəxsin məhkəməsi qapalı keçiriləcək Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkənə iclası başayıb.
Hadisə
22 Dekabr , 2017 13:18
Dubayda qadınları istismara məruz qoymaqda təqsirləndirilən şəxsin məhkəməsi qapalı keçiriləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dubaya qadın apararaq onları cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkənə iclası başayıb.

"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmənin qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası dekabrın 26-na təyin edilib.

Qeyd edək ki, V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və o, axtarışa verilib.

2017-ci il sentyabr ayının 22-də isə V.Mürşüdova Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən həbs edilib.

İstintaq dövründə iş üzrə iki zərərçəkmiş qadın tanınıb.

İttiham aktına əsasən, həmin qadınlar V.Mürşüdova tərəfindən BƏƏ-nin Dubay şəhərinə aparılaraq cinsi istismara məruz qalıblar.

Son xəbərlər

Orphus sistemi