Dubayda dünyanın ən hündür göydələnlərindən biri yanır

Dubayda dünyanın ən hündür göydələnlərindən biri yanır binanın 50-ci mərtəbəsində başlayan yanğın küləyin təsiri ilə qısa müddət ərzində 300 metrə sahəyə yayılıb
Hadisə
21 Fevral , 2015 04:52
Dubayda dünyanın ən hündür göydələnlərindən biri yanır

Bakı. 21 Fevral. REPORT.AZ/ Dünyanın ən hündür göydələnlərindən biri hesab edilən Dubaydaki 79 mərtəbələri "Məşəl" (The Torch) qülləsində bu gecə güclü yanğın baş verib.

"Report" BBC-yə istinadla xəbər verir ki, hündürlüyü 336 metrə çatan bu binanın 50-ci mərtəbəsində başlayan yanğın küləyin təsiri ilə qısa müddət ərzində 300 metrlik bir sahəyə yayılıb. Hadisə zamanı ölən vəya yaralananlar barədə hələlik məlumat yoxdur. Binadan mindən artıq sakin evakuasiya edilib.

Qeyd edək ki, "Məşəl" qülləsi 2011-ci ildə inşa edilib.

Son xəbərlər

Orphus sistemi