DTX və DİN vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

DTX və DİN vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib Faktla əlaqədar cinayət işi başlanılıb
Hadisə
167
16 İyun , 2017 12:11
DTX və DİN vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib

Bakı. 16 iyun. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları vətəndaşın “Kapital Bank”dakı hesabından pul çıxaran şəxsə qarşı əməliyyat keçirib.

“Report”un xəbərinə görə, bu barədə DİN-in saytı məlumat yayıb.

Belə ki, cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək “Kapital Bank”dakı hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib.

Birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi