Yuxarı
    Bağlamaq

    DTX rəisi: “Reket” jurnalistlər vəzifəli insanların uşaqlarının qeyri-qanuni videoçəkilişlərini aparıb, pul tələb ediblər”

    “Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, məsələyə hüquqi qiymət veriləcək”

    Bakı. 12 dekabr. REPORT.AZ/ “Bu qalmaqallı məsələdir. Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar”.

    “Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.

    “Onlar müəyyən vəzifəli adamlardan, vəzifəli insanların uşaqlarından qeyri-qanuni videoçəkilişlər aparıb, pul tələb ediblər. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb, məsələyə hüquqi qiymət veriləcək” , - deyə, DTX rəisi vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi