DTX əməliyyat keçirib, casusluqda şübhəli bilinən şəxs həbs olunub

DTX əməliyyat keçirib, casusluqda şübhəli bilinən şəxs həbs olunub Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
4 Noyabr , 2017 14:00
DTX əməliyyat keçirib, casusluqda şübhəli bilinən şəxs həbs olunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən araşdırmalar nəticəsində Azərbaycan vətəndaşlarını ölkədən kənara çıxararaq xarici dövlətin xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə verməkdə, maddi maraq müqabilində casusluq formasında dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Miryusif Mirmahmud oğlu Soltanov saxlanılıb.

Bu barədə "Report"a DTX-nin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Miryusif Soltanov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi