DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilib
Hadisə
20 Yanvar , 2021 12:32
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

"Report" xəbər verir ki, bu barədə DTX-nin saytı məlumat yayıb.

Bildirilib ki, Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Son xəbərlər

Orphus sistemi