DTX, DSX və Gömrük Komitəsi birgə əməliyyat keçirib - FOTO

DTX, DSX və Gömrük Komitəsi birgə əməliyyat keçirib - FOTO Ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb
Hadisə
20 Dekabr , 2016 17:35
DTX, DSX və Gömrük Komitəsi birgə əməliyyat keçirib - FOTO

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində ölkədən qaçaqmalçılıq yolu ilə külli miqdarda qızıl məmulatlarının çıxarılmasının qarşısı alınıb.

Bu barədə “Report”a DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi