DSX: İrandan Azərbaycana narkotik vasitə gətirən şəxslər saxlanılıb

DSX: İrandan Azərbaycana narkotik vasitə gətirən şəxslər saxlanılıb Bakı. 6 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri Astara rayonu Şahağacı kəndi istiqamətində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olan hədəf aşkar edib.
Hadisə
6 Noyabr , 2018 17:29
DSX: İrandan Azərbaycana narkotik vasitə gətirən şəxslər saxlanılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri Astara rayonu Şahağacı kəndi istiqamətində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olan hədəf aşkar edib.

DSX-nın Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, hadisə noyabrın 4-də saat 15:25 radələrində qeydə alınıb. 

Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İran sularına doğru geri üzüb. 

Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. Noyabrın 5-də həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxan Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilən baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi