Dənizdə köməksiz qalan Lənkəran sakini xilas edilib

Dənizdə köməksiz qalan Lənkəran sakini xilas edilib 10 iyul tarixində saat 21:15-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olmuşdur.
Hadisə
12 iyul 2022 07:30
Dənizdə köməksiz qalan Lənkəran sakini xilas edilib

Dənizdə köməksiz qalan bir nəfər xilas edilib.

Bu abrədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 10 iyul tarixində saat 21:15-də DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinə Lənkəran rayonunun Kənarmeşə kəndi istiqamətində dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. Qısa müddət ərzində Sahil Mühafizəsinin “Tufan” gözətçi gəmisi həmin istiqamətə göndərilərək sutkanın qaranlıq vaxtı axtarış tədbirlərinə cəlb olunub.

Saat 21:10-da sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Lənkəran rayon Kənarmeşə kənd sakini 13 aprel 1975-ci il təvəllüdlü Mustafayev Rameş Qubad oğlu xilas olaraq sudan çıxarılıb.

İlkin tibbi yardımın göstərilməsindən sonra qeyd olunan şəxs ailə üzvlərinə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi