DSX: Alkoqol və tütün məhsullarının qaçaqmal şəklində ölkədən çıxarılmasının qarşısı alınıb

DSX: Alkoqol və tütün məhsullarının qaçaqmal şəklində ölkədən çıxarılmasının qarşısı alınıb Bakı. 26 noyabr. REPORT.AZ/ Alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Hadisə
26 Noyabr , 2018 11:28
DSX: Alkoqol və tütün məhsullarının qaçaqmal şəklində ölkədən çıxarılmasının qarşısı alınıb
dsx.gov.az
0 : 00
0 : 00

Bakı. 26 noyabr. REPORT.AZ/ Alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirilməsi cəhdlərinin qarşısı alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, DSX-nın sər­həd nəzarəti orqanlarının gömrük əməkdaşları ilə birgə keçir­dikləri tədbirlər nəticəsində Bakı-Türkmənbaşı reysi ilə “Bəxtiyar” gəmi­sində yola düşən Türkmənistan vətəndaşları - 1982-ci il təvəl­lüdlü Bullarov Qurhanmuhannedə məxsus “Ford-Tranzit” markalı BT-9388-AG dövlət nömrə nişanlı və 1990-cı il təvəllüdlü Kaderon Beg­lienə məxsus “Toyota” markalı BG-5081-AG dövlət nömrə ni­şan­lı avtomobillərin salonlarında alkoqol və tütün məhsullarını qa­çaq­mal şəklində dövlət sər­hə­­din­dən keçirmək cəhdlərinin qarşısı alınıb.

Belə ki, avtomobillərin salonlarında 1524 qutu “Pall Mall”, 490 qutu “Fine”, 800 qutu “Wont”, 10 qutu “Parlament” siqaretləri, 400 ədəd “Mascotte” markalı tütün doldurmaq üçün siqaretlər, 500 qram tütün, 8 ədəd 2,5 litrlik “Georgian ԝine”, 10 ədəd 0,5 litrlik “Rkatsiteli” markalı çaxır, 6 ədəd 1 litrlik adsız suvenir çaxırlar aşkar olunub.

Son xəbərlər

Orphus sistemi