Salyan rayonunda vəzifəli şəxs vəfat edib.
“Report”un Aran bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Salyan rayon şöbəsinin əməkdaşı, Ələkbərov Etibar Əliş oğlu 54 yaşında dünyasını dəyişib.
Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Salyan şəhəri, Əli Zeynalov küçəsində doğulub boya-başa çatan E. Ələkbərov müxtəlif vəzifələrdə çalışıb.