Yuxarı
    Bağlamaq

    ​DSMF-nin departamenti “Naftalan Sağlamlıq Mərkəzi” MMC-ni məhkəməyə verib

    İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq

    Bakı. 21 may. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamenti “Naftalan Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

    "Report"un məlumatına görə, DSMF-nin departamenti borcun tutulması barədə tələb irəli sürüb.

    1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin 18 mart  2016-cı il tarixli fərmanı ilə Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi