Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycan
“Report”un xəbərinə görə, DSMF-nin departamenti ASC-yə borcun tutulmasına dair tələb irəli sürüb. Borcun məbləği açıqlanmayıb.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş üzrə Departamenti 2003-cü ildə məcburi dövlət sosial sığorta haqlarının toplanması işini yaxşılaşdırmaq və fondun idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yaradılıb.
Ölkənin spirtli içki bazarında xüsusi çəkiyə və rola malik olan "Bakı Şərab-2" müəssisəsi "Bakı Şərab-1" ASC-nin nəzdində fəaliyyət göstərir.