Yuxarı
    Bağlamaq

    "Dövlətqaçqınkom" adı dələduzluqda hallanan qadının onların işçisi olmadığını açıqlayıb

    Ümumiyyətlə Dövlət Komitəsinin strukturunda belə bir vəzifə mövcud olmayıb© Report.az

    Bakı. 24 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adı dələduzluqda hallananan qadının onların işçisi olmadığını açıqlayıb.

    "Dövlətqaçqınkom"un mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Dövlət Komitəsinin strukturunda heç vaxt Gülnarə Müxtarova adlı şəxs işləməyib.

    "Bakı şəhər sakini Gülnarə Muxtarovanın bir qurup məcburi köçkünlərə qarşı dələduzluq əməlləri ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi ilə bağlı müxtəlif kütləvi informasiya vasitələrində yayılan xəbərlərdə adı çəkilən şəxsin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri işlədiyi qeyd edilib. Ümumiyyətlə Dövlət Komitəsinin strukturunda belə bir vəzifə mövcud olmayıb",- Dövlət Komitəsindən bildirilib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi