Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxunub

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
20 May , 2019 16:14
Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Orxan Rzaquliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Rzaquliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, O.Rzaquliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi