Dövlət xidmətinin həbsdə olan əməkdaşı apellyasiya şikayət verib

Dövlət xidmətinin həbsdə olan əməkdaşı apellyasiya şikayət verib Dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinən Hafiz Ağamalıyevin barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.
Hadisə
26 Noyabr , 2019 13:14
Dövlət xidmətinin həbsdə olan əməkdaşı apellyasiya şikayət verib

Dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilinən Hafiz Ağamalıyevin barəsindəki hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilib.

"Report"un xəbərinə görə, şikayətə hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiya baxacaq. İlkin baxış iclası noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin sabiq əməkdaşı olan Hafiz Ağamalıyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 34.312-ci (rüşvət verməyə təhrik) maddəsi ilə təqsirli bilib.

O, xəstəliyi olan gəncləri hərbi xidmətdən saxlatdırmaq üçün pul almaqda təqsirləndirilib. İttihama görə, təxminən, on nəfərə övladlarının hərbi xidmətlə bağlı problemlərini həll edəcəyinə söz verib, onlardan pul alıb və deyib ki, bu pullar daha yuxarı vəzifəli şəxslərə çatacaq.

Qeyd edək ki, H.Ağamalıyev 2017-ci ildən Sabunçu rayonunda işləyib. O, bundan əvvəl Xidmətin Cəlilabad rayon şöbəsində işləyib.

Son xəbərlər

Orphus sistemi