Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimə protokolu yazılıb

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimə protokolu yazılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimə protokolu yazılıb.
Hadisə
7 Aprel , 2022 17:46
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimə protokolu yazılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə cərimə protokolu yazılıb.

“Report”un xəbərinə görə, Agentlik barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Son xəbərlər

Orphus sistemi