​Dövlət təltiflərini və rəsmi sənədi əldə etmədə təqsirləndirilən şəxs bəraət alıb

​Dövlət təltiflərini və rəsmi sənədi əldə etmədə təqsirləndirilən şəxs bəraət alıb Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb
Hadisə
16 İyul , 2016 15:54
​Dövlət təltiflərini və rəsmi sənədi əldə etmədə təqsirləndirilən şəxs bəraət alıb

Bakı. 16 iyul. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satmaqda təqsirləndirilən Cəfər Nazim oğlu Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, sonuncu prosesdə hökm oxunub.

Məhkəmə C.Qarayevin barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan dövlət ittihamçısı Rauf Əsgərov apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyulun 18-nə təyin edilib. İşə hakim Vüqar Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, C.Qarayev Cinayət Məcəlləsinin 325-ci (dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi