Dövlət Təhlükəsizliyi Xidməti Nardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı məlumat yayıb

Dövlət Təhlükəsizliyi Xidməti Nardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı məlumat yayıb Natiq Kərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib
Hadisə
7 Yanvar , 2016 19:50
Dövlət Təhlükəsizliyi Xidməti Nardaran Ağsaqqallar Şurası sədrinin həbsi ilə bağlı məlumat yayıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun həbsi ilə bağlı məlumat yayıb.

DTX-nın İctimai Əlaqələr İdarəsindən "Report"a verilən məlumatda bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.

Bununla əlaqədar Natiq Kərimov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi