Yuxarı
    Bağlamaq

    Dövlət Reyestri Xidmətinin idarəsinin tanınmış klinikaya qarşı apellyasiya şikayəti təmin edilməyib

    Qərar dəyişdirilmədən saxlanılıb

    Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Bakı şəhər Ərazi İdarəsinin "N.Tusi adına Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

    "Report"un məlumatına görə, hakim Səriyyə Seyidovanın sədrliyi iliə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin klinikanın xeyrinə çıxardığı qərar dəyişdirilmədən saxlanılıb. ƏMDK-nın qurumunun apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, "N.Tusi adına Klinika" MMC Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC Bakı şəhəri Yasamal rayonu, H.B.Zərdabi küçəsi,53 saylı ünvanda yerləşən iddiaçının özəl mülkiyyətində olan 5900,0 kv.metr torpaq sahəsinin üstündə əlavə tikilmiş, mövcud vəziyyətdə olan iki ədəd birmərtəbəli (E və D) və bir ədəd 3 mərtəbəli tikililərin iddiaçının adına müvafiq qeydiyyatının aparılmaqla texniki pasport və reyestr çıxarışının verilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib.

    Qərardan narazı qalan ƏMDK-nın qurumu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi