Dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.
“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər.
Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.