Dövlət Miqrasiya Xidməti 53 əcnəbini inzibati məsuliyyətə cəlb edib - VİDEO

Dövlət Miqrasiya Xidməti 53 əcnəbini inzibati məsuliyyətə cəlb edib - VİDEO Bakı. 11 may. REPORT.AZ/ Mayın ilk on günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə, 53 əcnəbi sax­­­lanılıb.
Hadisə
11 May , 2018 12:16
Dövlət Miqrasiya Xidməti 53 əcnəbini inzibati məsuliyyətə cəlb edib - VİDEO
migration.gov.az
0 : 00
0 : 00

Bakı. 11 may. REPORT.AZ/ Mayın ilk on günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, 6 Hindistan, 2 Türkiyə, 2 Gürcüstan və 1 nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə, 53 əcnəbi sax­­­lanılıb.

DMX-dən "Report"a verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub. Həmçinin, 19 nəfər Öz­­bəkistan vətəndaşının və 1 nəfər Qır­ğı­zıs­tan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyənləşib.

Bundan əlavə, ölkədə qanunsuz ya­şa­yan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azər­bay­can Respublikası əra­zisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

T.Yasmeen həmin əcnəbilərin müxtəlif ün­van­larda yerləşdiril­mə­­sini həyata ke­çir­ib­, onlara Azərbaycanda müvəqqəti ya­şa­ma icazəsi alacağına vəd verməklə müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiya­ya şərait ya­radıb.

Həmin əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də Azərbaycan Respublikası hüdudlarından kəna­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi