Dövlət Komitəsinin sədri: "Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır"

Dövlət Komitəsinin sədri: "Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır" Bu gün Azərbaycanda rayon və kəndlərdə həssas ailələr var ki, orada ciddi məişət zorakılığı, faciələr baş verən zaman müvafiq qurumlar məlumatlı olur. Bu ailələr arasında radikal dini təriqətlərin təsirlərinə məruz qalanlar da az deyil.
Hadisə
25 Noyabr , 2019 11:38
Dövlət Komitəsinin sədri: Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır
Report.az

"Bu gün Azərbaycanda rayon və kəndlərdə həssas ailələr var ki, orada ciddi məişət zorakılığı, faciələr baş verən zaman müvafiq qurumlar məlumatlı olur. Bu ailələr arasında radikal dini təriqətlərin təsirlərinə məruz qalanlar da az deyil".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınlara və qızlara qarşı zorakılığa son" kampaniyasına həsr olunan "dəyirmi masa"da deyib.

Onun sözlərinə görə, bəzi hallarda zorakılıqla bağlı informasiya vaxtında verilmədiyindən zorakılığın ağır nəticələri ilə müşahidə olunan cinayətlər qeydə alınır: "Bu isə öz növbəsində ailə-məişət zorakılığının qurbanlarının sayına təsir edir. Qadınlara qarşı zorakılığı törədənlər daha çox öz həyat yoldaşlarıdır, bu 68,4 faizdir. İkinci sırada keçmiş həyat yoldaşları dayanır, bu 12,1 faizdir, növbəti sırada isə qeyri-rəsmi yaşadığı kişi tərəfindən zorakılığa məruz qalırlar ki, bu da 11,9 faizdir".

Son xəbərlər

Orphus sistemi