Dövlət Komitəsinin sədri İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb

Dövlət Komitəsinin sədri İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb İstanbul. 26 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb.
Hadisə
26 May , 2018 16:04
Dövlət Komitəsinin sədri İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb

İstanbul. 26 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda fəaliyyət göstərən diaspora təşkilatlarının təmsilçiləri ilə görüşüb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə baş konsul Məsim Hacıyev də iştirak edib. 

Komitə sədri görüşdə iştirak edən dərnək rəhbəri, QHT təmsilçiləri, Türkiyədə aktiv fəaliyyət göstərən həmvətənlərimiz, tələbələr, elm adamları, professorlar, sənətçilər, rəssamlar, iş adamları ilə fəaliyyət sahələrini və onları narahat edən məsələləri müzakirə edib.

F.Muradov çıxışında Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının aktivliyinin zəruriliyinə diqqət çəkib. O, bu işdə Diasporla İş üzrə Dövlət Komitəsinin lazımi dəstəyi verməyə hazır olduğunu deyib. 

Komitə sədri xüsusilə təhsil və elm sahəsində çalışan həmvətənlərimizin işbirliyinin əhəmiyyətli olduğunu, qardaş ölkə ilə bütün sahələrdə sıx əməkdaşlıq qurulması üçün diaspora təşkilatlarının fəaliyyətini genişləndirməsinin vacib olduğunu diqqətə çatdırıb.

F.Muradov Azərbaycanı qardaş ölkədə yüksək səviyyədə təmsil edən həmvətənlərimizlə qürur duyduğunu deyib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi