Bakı. 29 fevral. REPORT.AZ/ Bakıda avtomobilin şüşəsi sındırılaraq oğurluğa cəhd edilib.
“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu Z.Əhmədbəyov küçəsi 63-ün qarşısında baş verib.
Naməlum şəxs Bakı şəhər sakini Rüfət İsrafilovun idarə etdiyi “Nissan Tiana” markalı avtomobilin şüşəsini sındıraraq oğurluq etmək istəyib. Lakin onun bu əməli baş tutmayıb.
Avtomobil Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə məxsus olub.
Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırma aparılır.