Dövlət Komitəsi: Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemi nəzarətə götürülüb - VİDEO - YENİLƏNİB

Dövlət Komitəsi: Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemi nəzarətə götürülüb - VİDEO - YENİLƏNİB Bakı. 2 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemini nəzarətə götürüb.
Hadisə
185
2 May , 2018 12:00
Dövlət Komitəsi: Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemi nəzarətə götürülüb - VİDEO - YENİLƏNİB
Report

Bakı. 2 may. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıtda uçan yataqxanada məskunlaşmış məcburi köçkünlərin problemini nəzarətə götürüb.

Bunu "Report"a qurumun Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev orada məskunlaşmış məcburi köçkünlərin problemlərinin araşdırılıb həll olunması barədə tapşırıq verib: "Görülən tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək". 


*** 09:53

Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı yataqxanada uçqun olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 22-ci məhəlləsində 2 saylı yataqxanada baş verib.

Yataqxanada 80-dən çox ailənin üzvü yaşayır. Uçqun 25 ailənin istifadə etdiyi mətbəxtdə baş verib. Hadisə zamanı mətbəxtdə bir neçə nəfər olub. Xoşbəxtlikdən uçqun zamanı xəsarət alan olmayıb.

Hadisə ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi