Dövlət Komitəsi məhkəməyə verilib

Dövlət Komitəsi məhkəməyə verilib Bakı. 9 aprel. REPORT.AZ/ “Krasnıy Oktyabr” QSC Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasını məhkəməyə verib.
Hadisə
9 Aprel , 2018 12:53
Dövlət Komitəsi məhkəməyə verilib

Bakı. 9 aprel. REPORT.AZ/ “Krasnıy Oktyabr” QSC Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasını məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən QSC Apellyasiya Şurasının qərarının ləğv edilməsi tələbinə dair tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan Dövlət Komitəsi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, məhkəmə prosesində “Konditerskaya Korporasiya “Roşen” Doçernee Predpriyatie” 3-cü şəxs qismində cəlb edilib.

Son xəbərlər

Orphus sistemi