Yuxarı

Dövlət Komitəsi “Azərsu” ASC-ni və tikinti şirkətini məhkəməyə verib

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır

Bakı. 26 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) və "Bulaq-2" Mənzil Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

"Report"un xəbərinə görə, ƏMDK müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi barədə iddia irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.

Qərarla razılaşmayan Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Bulaq-2" MTK hündürmərtəbəli bina tikintisi ilə məşğul olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi