Yuxarı

Dövlət Komissiyası: Bu il narkotiklərlə mübarizə sahəsində 2 702 fakt aşkarlanıb

Əməliyyat-axtarış tədbirləri nəticəsində 189 ton 601 kq 236 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 2 702 fakt aşkar edilib. Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, aşkar olunan faktlardan 777-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1 733-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 180-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 12-i isə digərləri təşkil edib. Aşkar edilən faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 984 kq 932,169 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 666 kq 562,839 qr marixuana, 189 kq 422,962 qr tiryək, 53 kq 436, 256 qr heroin, 56 kq 816,37 qr həşiş, 5,2 kokain, 18 kq 693,742 qr psixotrop maddələr və digərləri, 1310 ədəd metadon həb, o cümlədən 787 ədəd çətənə kolu təşkil edib.

Həmçinin, "Xaş-xaş" şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 189 ton 601 kq 236 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Bundan başqa, cinayət məsuliyyətinə 1 892 nəfər cəlb edilib ki, onlardan 7-i 18 yaşadək, 432-i 30 yaşadək, 1 406-ı 30 yaşdan yuxarı, 16-sı fəhlə, 7-si qulluqçu,1-i vəzifəli şəxs, 2-si nəqliyyat işçisi, 2-si orta məktəb şagirdi, 1 643-ü işləməyənlər, 1 822-i kişilər, 23-ü qadınlar, 47 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 21-i İran İslam Respublikası, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-i Ukrayna, 1-i Rusiya Federasiyası, 1-i Türkmənistan Respublikasının vətəndaşı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi