Dövlət ittihamçısı Bakıda gənc oğlanı qətlə yetirən şəxslərə iş istəyib

Dövlət ittihamçısı Bakıda gənc oğlanı qətlə yetirən şəxslərə iş istəyib Məhkəmə fevralın 5-nə təyin edilib
Hadisə
4 Fevral , 2016 12:09
Dövlət ittihamçısı Bakıda gənc oğlanı qətlə yetirən şəxslərə iş istəyib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı Nihad İsmayılovu qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinovun cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror hər iki təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Səttarov və X.Şirinov son söz üçün vaxt istədiklərini deyiblər.

Məhkəmə fevralın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin noyabrın 19-da saat 21:30 radələrində, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsində baş verib. Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Nihad İsmayılov naməlum şəraitdə qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub. Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi