Dövlət ittihamçısı 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə 15 il iş istəyib

Dövlət ittihamçısı 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə 15 il iş istəyib Məhkəmə növbəti prosesi oktyabrın 9-na təyin edilib
Hadisə
8 Oktyabr , 2015 14:22
Dövlət ittihamçısı 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən şəxsə 15 il iş istəyib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı məhkəmədən Z.Məmmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə növbəti prosesi oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini Zaur Məmmədov qonşuluğunda yaşayan bacanağının 5 yaşlı qızı Ə.N.-ya ( ad şərtidir) qarşı dəfələrlə seksul xarakterli hərəkətlər edib. Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədov həbs edilib.

O, Cinayət Məcəlləsinin 150.3.3 (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi