Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başlayıb

Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başlayıb Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Hadisə
25 Oktyabr , 2018 11:18
Dövlət Gömrük Komitəsinin həbsdə olan əməkdaşının məhkəməsi başlayıb
Report

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 1-nə təyin edilib.

İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. Cinayət materiallarına əsasən, o, dövlət qeydiyyatından keçməyən 5 milyon 539 min manat məbləğində dərman preparatlarını satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.

Son xəbərlər

Orphus sistemi