Bakı. 26 avqust. REPORT.AZ/
Vətəndaş E.D.Kituaşvilidən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunub. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib. Vətəndaş E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayıtmağa qərar verib.
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda vətəndaş Erik Davidoviç Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib, o da öz növbəsində heç bir etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb.